Berdıyevdən qələbə şərhi

13.09.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının IV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Güman etdiyimiz kimi, çətin oyun keçdi. “Qəbələ” çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik.

– Transfer dönəmini necə dəyərləndirərdiz?

– Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı.

– Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?

– Bu suala cavab vermək istəmirəm. Ancaq oyun haqda danışmaq istəyirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью