Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Turan Tovuz"un müdafiəçisi Araş Qaderi Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 18-ci turunun "Neftçi" ilə görüşdəki 1:1 hesablı nəticəsini şərh edib: "Neftçi" ilə matç bir qədər fiziki gücə dayanıqlı görüş oldu.
İlk hissədə iki komandada çalışırdı. İlk hissədə oyunumuz bir o qədər də alınmadı.
Amma fasilədən sonra biz daha çox istəyimizi ortaya qoyduq. Qol epizodlarımız var idi, amma vura bilmədik.
Oyuna adaptasiyaya olduqca oyunumuzu yaxşılaşdırırıq. İkinci hissədə şanslarımız oldu. Amma alınmadı.
Ola bilər ki, "Neftçi" turnir cədvəlində layiq olduğu yerdə deyil. Onu deyim ki, "Neftçi" həqiqətən güclü komandadır.
İkinci hissədə 2-3 qol vura bilərdik. İstəməzdik ki, iki xal itirək. Təəssüflər olsun belə oldu".