Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz”da transfer çalışmaları davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubu sol cinah müdafiəçisi üçün ciddi axtarış içindədi. Baş məşqçi Kurban Berdiyev rəhbərlikdən bu mövqeyə oyunçu tələb edir.
Uzun müddət müdafiəçi axtarışında olan klub hələ də istədiyi futbolçunu tapa bilməyib. Daha öncə bu mövqedə çıxış edən bir-neçə oyunçu ilə danışq aparılsa da, tərəflər razılığa gələ bilməyib.
Təcrübəli mütəxəssis ən qısa vaxtda yeni transferin həyətə cəlb edilməsi istəyir.
Xatırladaq ki, “Turan Tovuz” ayın 16-da, Premyer Liqanın birinci turunda “İmişli” ilə üz-üzə gələcək.