Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
10 il əvvəl “Muhteşem Yüzyıl Kösem” serialında baş rolları paylaşan Beren Saat (Kösem Sultan) və Ekin Koç (Sultan Əhməd) yeni bir layihədə yenidən bir araya gəlirlər.
OLAY yazır ki, Saat və Koçu bir araya gətirəcək layihə filmdir. Filmin adı “Tüm Yorgun Atlar”dır.
Film həyat yoldaşını intihar nəticəsində itirən teatr aktrisası Aslı ilə İstanbulun kənar məhəllələrində yaşayan, oğurluq edərək və başqalarının həyatına sızaraq var olmağa çalışan Galipin hekayələrini bir-biri ilə əlaqələndirir.
Ekran əsəri ölüm və azad iradə mövzularını özündə birləşdirən təsirli bir hekayəni tamaşaçılara təqdim edəcək.