Beren Saat və Kenan Doğulu barədə QƏRAR

12.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Türkiyədə narkotik istifadəsi şübhəsi ilə saxlanılan 23 məhşurdan 10-u bu gün hakim qarşısına çıxarılacaq.

Redaktor.az xəbər verir ki, bunlar Tolga Çam, Ferhan Kaya, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazerdir.

Adıçəkilən şəxslərin istintqada dindirilmələri başa çatıb. İstanbul Respublika Baş Prokurorluğu həmin şəxslər barədə həbs qəti imkan tədbirləri seçilməsi üçün sənədləri məhkəməyə göndərib.

Dünən saxlanılan müğənni Kenan Doğulu, həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Ayşe Hatun Önal, Berdan Mardini, DJ Ozan Doğulu, Enis Arıkan və fenomenlər Kerimcan Durmaz və Selin Ciğercinin Türkiyəni tərk etmələrinə qadağa qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью