Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir dövrə damğasını vuran “Aşk-ı Memnu” serialının Bihter obrazı ilə yaddaşlarda qalan Beren Saat illər sonra serialla bağlı diqqətçəkən açıqlama verib.
Məşhur aktrisa Arem və Armanın təqdim etdiyi “Hitmakers” proqramının qonağı olub. Proqram zamanı “Aşk-ı Memnu”nun illər keçməsinə baxmayaraq, hələ də böyük maraq görməsindən danışan Saat serialın təkrar yayımlarından aktyorların gəlir əldə edib-etmədiyini də açıqlayıb.
Beren Saatın sözlərinə görə, serialın çəkildiyi dövrdə aktyorlar və çəkiliş heyəti öz qonorarlarını alıblar. Lakin serial sonrakı illərdə dəfələrlə yayımlansa da, aktyorlara bu təkrar nümayişlərə görə əlavə ödəniş edilməyib.
Aktrisa bildirib ki, “Aşk-ı Memnu” hər il yenidən ekranlara gəlir və hətta reytinqlərdə yeni layihələrlə rəqabət aparır. Buna baxmayaraq, serialın aktyor heyəti təkrar yayımlardan gəlir əldə etmir.
Beren Saat həmçinin karyerasında yer alan bəzi digər serialların xarici ölkələrə satışından gəlir əldə etdiyini qeyd edib. Lakin onun sözlərinə görə, “Aşk-ı Memnu” üçün eyni vəziyyət keçərli deyil.
Finalından illər keçməsinə baxmayaraq, “Aşk-ı Memnu”nun hələ də yüksək maraqla izlənməsi serialın türk televiziya tarixindəki xüsusi yerini bir daha göstərir.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məşhur aktrisa Arem və Armanın təqdim etdiyi “Hitmakers” proqramının qonağı olub. Proqram zamanı “Aşk-ı Memnu”nun illər keçməsinə baxmayaraq, hələ də böyük maraq görməsindən danışan Saat serialın təkrar yayımlarından aktyorların gəlir əldə edib-etmədiyini də açıqlayıb.