Berezutski debüt matçında yalnız onun xidmətindən məhrumdur AÇIQLAMA

28.11.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 15-ci turunda "Səbail"i qəbul edəcək "Sabah" oyuna 1 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:

"Cəzalı futbolçumuz yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bilinən Ayaz Quliyevi nəzərə almasaq, yalnız bir zədəli oyunçumuz var ki, o da İvan Lepinitsadır".

Qeyd edək ki, "Sabah" - "Səbail" qarşılaşması noyabrın 29-da keçiriləcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. Bu, istefaya göndərilən xorvatiyalı çalışdırıcısı Krunoslav Renduliçin yerini tutan rusiyalı mütəxəssis Vasili Berezutskinin Masazır komandasının "sükanı arxası"nda ilk rəsmi oyunu olacaq.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью