Berezutski: “Dünyanın heç bir yerində limit fayda gətirmir”

05.02.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Sumqayıt” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyunu şərh etmək çətindir. Ümid edirəm ki, nə vaxtsa “Sumqayıt”a qol vura biləcəyik.

– Klubunuz ölkənin ən yaxşı imkanları olan klublardandır. Amma çempionatda 5-ci sıradasınız, kubokda da ilk oyunda heç-heçə etdiniz. Əsas hədəfin kubok qazanmaq olduğu deyilir. Sizcə, belə imkanları olan komandanın kubok yolu ilə avrokuboklara getmək istəməsi nə dərəcə uyğundur?
– Tək kuboka yox, çempionata da köklənirik. Məqsədimiz hər oyundan maksimum xal qazanmaqdır.

– Legioner limitinin ləğvinə münasibətiniz necədir?
– Hesab edirəm ki, dünyanın heç bir yerində limit fayda gətirmir. Limitin olmasına qarşıyam.

– Xəyal Əliyevə əvvəlki oyunlarda çox şans vermirdiniz. Bundan sonra onu əsas heyətdə daha çox görəcəyik?
– Hər oyun şans qazanır. Əksinə, onun oynamadığı yadıma gəlmir. Xəyal perspektivli oyunçudur. Onun böyük gələcəyi var. Azərbaycan futbolunda belə gənclərə şans tanımaq lazımdır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью