Berezutski ilk növbədə... Sabahın prezidenti hədəflərdən danışdı

26.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov dünən "bayquşlar"a baş məşqçi təyin edilən Vasili Berezutskinin qarşısına qoyulan hədəfləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Matç TV" belə çatdırıb:

"Berezutski ilk növbətə komandanın uğursuz seriyasına son qoyaraq özünəinamı geri qaytarmalıdır. Bundan başqa, biz mövsüm və gələcəklə bağlı hədəflərimizi müəyyənləşdirmişik. Hər şey detallı şəkildə müzakirə edilərək razılaşdırılıb".

Xatırladaq ki, hazırda 19 xalı olan "Sabah" Misli Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə mövqe tutub. "Bayquşlar" ardıcıl 7 oyunda qələbə qazana bilmədikləri üçün xorvatiyalı mütəxəssis Krunoslav Renduliç Berezutski ilə əvəzlənib.

Nihat
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью