Icma.az, Apasport saytına istinadən bildirir.
“Sabah”ın baş məşqçisi Vasili Berezutski rusiyalı futbolçuların xidmətində maraqlıdır.
Apasport.az saytına verilən məlumata görə, mütəxəssis qışda, ən yaxşı halda isə yayda istədiyi oyunçuları komandasına dəvət etməyi planlaşdırır.
Berezutskinin siyahısında Zelimxan Bakayev də yer alıb. Hazırda “Ximki”də çıxış edən 28 yaşlı yarımmüdafiəçinin Rusiya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, sözləşmə ilə “Zenit”ə məxsusdur. “Spartak”ın (Moskva) yetirməsi olan Bakayev əsas komandada da oynayıb.
Zelimxan “Arsenal”(Tula), “Əl-Vahda”(BƏƏ) klublarında da forma geyinib.
Argentinalı futbolçunun evi qarət olunub Şahruddin Məhəmmədəliyev 4 ay sonra əsas heyətdə “Qarabağ”ın hücumçusu Albaniya klubuna keçə bilər Tofiq Karayev mükafatı uğrunda Azərbaycan çempionatı keçiriləcək ABL: "Neftçi" "Abşeron"la üz-üzə