Berezutski kapitanın dəyişməsini istəyib?

22.12.2024

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Sabah” ilin son matçını səfərdə “Şamaxı”ya qarşı keçirəcək.

Vasili Berezutskinin dəyişikliklərindən biri də kapitanlıqla bağlıdı. Rusiyalı mütəxəssis “şirlər”lə oyunda Elvin Camalovu ilk “11-liyə”salmayacaq. “Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, Berezutski gələr-gəlməz kapitan dəyişikliyini istəyib. Lakin komandadaxili səsvermədə Camalov yenə də əsas kapitan kimi qalıb.
Bununla belə, baş məşqçi onu az oynatmağı düşünür. “Transfer pəncərəsi”nin yaxınlaşdığını nəzərə alsaq, Elvinin “bayquşlar”dan ayrılması da mümkündü. Hazırda 30 yaşlı futbolçuya “Turan Tovuz”, “Zirə” və ölkə xaricindən təklif var.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью