Berezutski: “Nəticə yaxşıdır”

07.12.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.

– Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?
– Bizim yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır.

– Gözlədiyiniz “Qarabağ”ı gördüz?
– Birinci hissədə daha yaxşı oynadıq. “Qarabağ”ın hücumlarının qarşısını ala bilirdik. Lakin ikinci hissədə alışdığımız “Qarabağ”ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.

– Komandanızın potensialı nəyə ümid etməyə imkan verir?
– Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.

– Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?
– Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, o zədələndi. Boyan Letiç bu gün çıx böyük iş gördü. Onun oyunundan razıyam.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Araz-Naxçıvan”dan qələbə, “Qarabağ” xal itirdi

7 Dekabr 2024, 19:55

Əsas xəbərlər, Premyer liqa “Sabah” – “Qarabağ” oyunu FIFA referisinə tapşırıldı

6 Dekabr 2024, 15:32

Əsas xəbərlər, Ölkə futbolu “Sabah” liderliyini qorudu

5 Dekabr 2024, 16:27

Əsas xəbərlər, Ölkə futbolu 33 mövsümdə 34-cü dəfə

5 Dekabr 2024, 10:56

Əsas xəbərlər, Ölkə futbolu Kapitan: “Kubokla vidalaşmaq istəməzdik”

5 Dekabr 2024, 10:08

Əsas xəbərlər, Ölkə futbolu “Sabah”ın prezidenti Berezutskidən ruslara nələr danışdı?

4 Dekabr 2024, 13:16

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью