Berezutski Premyer Liqanın tarixinə bu cür düşdü

02.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 15-ci turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub. Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью