Berezutski: “Qarabağ” favoritdir, ancaq…”

27.04.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Sabah” – “Qarabağ” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bərabər səviyyədə oyun oldu. Bir xala layiq olduğumuzu düşünürəm.

– Bu komanda ilə kubokun finalında üz-üzə gələcəksiniz. Hansı qeydləriniz oldu?
– Bəli. Finalda hər şey ola bilər. Düzdür, “Qarabağ” favoritdir. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan və müəyyən qeydlərin olur.

– Finalda qələbə gəlmək gücündəsiniz?
– Bəli, əlbəttə. Bu, kubokdu və bir oyun olacaq. “Qarabağ” favoritdir, ancaq özümüzün də güclü tərəflərimizi bilirik.

– Avrokuboklara vəsiqə qazana bilməsəniz, gedəcəksiniz, ya qalacaqsınız?
– Heç nə deyə bilmərəm. Bu barədə rəhbərliklə birlikdə qərar verəcəyik.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью