Berezutski: “Rəhbərliklə müzakirəmiz olacaq”

31.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Kubokunun “Qarabağ” – “Sabah” finalından (2:3) sonra “Sabah”ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Futbolçularımız təbrik edirəm. Maraqlı, gərgin oyun oldu. Uşaqlar sona qədər əziyyət çəkdilər və bəhrəsini gördülər.

– Bu titul klubda qalmağınıza səbəb olacaq?

– Bilmirəm, yaxın günlərdə görüşümüz olacaq.

– Qalmaq istəyirsiniz?

– Bunları eşidəcəksiniz. Klub rəhbərliyi ilə müzakirədən sonra aydın olacaq.

– “Qarabağ”a məğlub olmamısınız. Bunun resepti nədir?

– “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Bunlar uşaqların, məşqçilərin əziyyətinin bəhrəsidir.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью