Berezutski Sabahın oyunçularını Tovuzda gəzintiyə çıxardı Şəkillər

03.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final oyunlarına start verilir.

QOL.az xəbər verir ki, bu mərhələnin ən maraqla gözlənilən qarşılaşmalarından biri Misli Premyer Liqa təmsilçiləri "Turan Tovuz"la "Sabah" arasında olacaq. 

1/8 final mərhələsi bir matçdan ibarətdir.

Oyun bu gün saat 18:00-da Tovuz şəhər stadionunda başlanacaq.

Qeyd edək ki, matçdan əvvəl bu gün səhər "Sabah"ın baş məşqçisi Vasili Berezutski daxil olmaqla komandanın məşqçi və futbolçu heyəti Tovuzda gəzintiyə çıxıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью