Berezutski: “Yaxşı oynamadıq”

22.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Şamaxı” – “Sabah” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Yaxşı oynamadıq. Qarşıda fasilə var. Çox çətin işlərimiz olacaq. Mövsümün ikinci dövrəsinə daha yaxşı hazırlaşmalıyıq.

– Ən çox nəyi dəyişmək istəyirsiniz?
– Müəyyən rəsm var və ona uyğun işlər görəcəyik. Aqressivliyi daha artırmaq istəyirik.

– Məğlubiyyətdə həlledici məqam nə oldu?
– “Şamaxı”nın əks-hücumları çox uğurlu alındı. Boşluqlarımızı bağlaya bilmədik və məğlub olduq. Əlavə olaraq, sadə səhvlərə yol verdik.

– Məğlubiyyəti sakit qəbul edirsiniz. Həyatda da beləsiniz, yoxsa artıq nəyisə dəyişməyəcəyinizi bildiyiniz üçün sakitsiniz?
– 5 əvəzetmə etdik. Lakin standart vəziyyətdən buraxdığımız qoldan sonra toparlana bilmədik. Bizə yaraşmadı, amma nə etmək olar.

– “Şamaxı” ilə oyunlarda çox xal itirmisiniz…
– Statistikaya baxmamışam. Burda oynamaq çətindir.

– Murad Musayevin Bakıya gəlişi zamanı onunla komanda haqda məlumatlar aldınızmı?
– Danışdıq, bəzi məlumatlar aldıq. Amma oyunlardan sonra indi komanda haqda daha informasiyalıyam.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

22 Dekabr 2024, 16:30

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” – “Araz-Naxçıvan”: heyətlər məlum oldu

22 Dekabr 2024, 15:37

Böyük beşlik, Əsas xəbərlər Haaland: “Qvardiola böhrandan çıxış yolunu tapacaq”

22 Dekabr 2024, 15:25

Əsas xəbərlər, Premyer liqa Şamaxıda heyətlər məlum oldu

22 Dekabr 2024, 13:28

Əsas xəbərlər, Ölkə futbolu Yusifli “Neftçi” ilə matçda 2 xal itirdiklərini düşünür

22 Dekabr 2024, 13:19

Böyük beşlik, Əsas xəbərlər Arteta çempionluq yarışından danışdı

22 Dekabr 2024, 12:50

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью