Berezutskidən 1:1 ə şərh

17.05.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Zirə” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm.

– Kubokun finalı yaxınlaşdıqca, həyəcan artır?
– Çempionatda şansımızı itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı da oynayırıq, “Neftçi” ilə oyunumuz var. Bütün matçları udmaq istəyirik.

– “Neftçi” ilə oyun final öncəsi xeyrinizə, yoxsa ziyanınızadır?
– İstənilən matçda qalib gəlmək istəyirik. Çünki oyundan qalib ayrılsaq, bizə daha çox əminlik verəcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью