Berezutskidən Çində özünü yaxşı hiss etdiyini deyirdi, 2 gündən sonra Azərbaycan klubuna keçdi

28.01.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskvanın ÇSKA klubunun kapitanı və Rusiya millisinin sabiq qapıçısı İqor Akinfeyev “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin dəyişkən əhvalı haqda danışıb.

Sportal.az xəbər verir ki, Rusiyada yayımlana «Шоу Воли» verilişinə qonaq olan təcrübəli qolkiper “Sabah”ın çalışdırıcı barədə bunları deyib:
“Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir. Vasya küləkdir. O, bu yaxınlarda müsahibə verərək, Çində özünü yaxşı hiss etdiyini deyirdi. İki gündən sonra isə Azərbaycan klubuna keçdi, baş məşqçi təyin edildi(gülür)".

Xatırladaq ki, Berezutski ötən ilin noyabrında “Sabah”a rəhbərlik etmişdi. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью