Berezutskinin “Sabah”ı yüksəlişdə

17.12.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” Azərbaycan Premyer Liqasının XVII turunda “Araz-Naxçıvan”ı məğlub edib – 1:0. “Bayquşlar” bununla da rəqibinin 15 oyunluq məğlubiyyətsizlik seriyasını bitirib.

“Sabah” baş məşqçi postuna Vasili Berezutskinin təyinatından sonra yüksəlişdədir. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Son görüşlərdə qazanılan 7 xal komandanı avrokubok zonasına yaxınlaşdırıb. “Sabah” eyni zamanda ölkə kubokunda 1/8 finalda “Turan Tovuz”u səfərdə məğlub etməklə mərhələ adlayıb.

Berezutskinin rəhbərliyi altında yoluna inamla davam edən “Sabah”da artım hiss edilir. “Futuristlər” çempionatda son beş oyunda ən yaxşı nəticə göstərən üç komandadan biridir (digərləri – “Qarabağ”, “Araz-Naxçıvan”). Komanda ilin son matçını səfərdə “Şamaxı”ya qarşı keçirəcək. Mövsümə uğursuz başlayan “bayquşlar” ili müsbət notlarla başa vurmağı hədəfləyir.

“Sabah” 17 turdan sonra 26 xalla turnir cədvəlində 5-ci sıradadır.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa Qış fasiləsinə bir tur qala

17 Dekabr 2024, 8:23

Əsas xəbərlər, Premyer liqa “Sabah” 13-cü oldu

16 Dekabr 2024, 10:17

Əsas xəbərlər, Premyer liqa Berezutski: “Görüləcək işlərimiz irəlidədir”

14 Dekabr 2024, 19:05

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah” “Araz-Naxçıvan”ın seriyasına son qoydu

14 Dekabr 2024, 18:29

Əsas xəbərlər, Premyer liqa “Araz-Naxçıvan” – “Sabah”: “11-lik”lər açıqlandı

14 Dekabr 2024, 15:25

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” qələbə axtarışında, Zirədə avrokubok mübarizəsi

14 Dekabr 2024, 10:26

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью