Berezutskinin yeni kapitanı İdman və Biz

29.11.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Sabah” yeni baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altında ilk oyununa bu gün çıxacaq.

İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis “Səbail”lə görüşün “11-liy”ini müəyyənləşdirib.

Heyətdə bəzi dəyişikliklər diqqət çəkir. Onlardan biri kapitanla bağlıdır. Berezutski bugünkü matçda yeni kapitana ehtiyac duyub. Meydana sarğı ilə Pavol Şafranko çıxacaq.

Qeyd edək ki, əvvəlki görüşlərdə kapitan olan Elvin Camalov start “11-liy”indən kənar qalıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью