Berkayın 7.5 milyonluq saatı müzakirələrə səbəb oldu

24.04.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Lüks həyat tərzi ilə gündəmə gələn müğənni Berkay bu dəfə diqqətləri üzərinə çəkməyi bacarıb.

BAKU.WS xəbər verir ki, o Etilərdə məkanlardan birindən çıxarkən görüntülənib.

Berkay bahalı qol saatı ilə müzakirələrə səbəb olub.

Onun aksessuarının qiymətinin 7.5 milyon lirə (333 000 AZN) olduğu qeyd edilib.

Jurnalistlər sənətçiyə bahalı saatı barədə suallar veriblər. Berkay isə " Bildiyiniz saatdır, nə olacaq ki?" deyə cavab verib.

İfaçının bahalı saatının fotoları sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью