Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) müfəttişi, vitse-admiral Yan Kristian Kaak “Süddeutsche Zeitung (ZD)” nəşrinə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Almaniya Hərbi Dəniz Qüvvələri Rusiya donanmasının Baltik və Şimal dənizlərində, eləcə də Arktika və Şimali Atlantikada fəaliyyətini daim izləyir.
“Təhlükə realdır və statik təhdiddən uzaqdır. Rusiya silahlı qüvvələrinin Ukraynadakı müharibədə hər gün sınaqdan keçirdikləri həm kəmiyyət, həm də imkanlar baxımından artır”, - hərbçi söyləyib.
Vitse-admiral həmçinin bildirib ki, son iki ildə NATO gəmiləri üzərində alçaqdan uçan Rusiya təyyarələri Baltikyanı regionda daha tez-tez baş verir, eləcə də ciddi yaxınlaşmalar zamanı daha aqressiv manevrlər edilir.
- Bu təhlükəlidir, çünki bu, asanlıqla təsadüfi eskalasiyaya gətirib çıxara bilər”, - Almaniya HDQ-nin müfəttişi vurğulayıb.
Vitse-admiral NATO-nun sualtı infrastrukturun qorunmasına yönəlmiş “Baltik Gözətçisi” missiyasını yüksək qiymətləndirib. Yan Kristian Kaak şübhəli hadisələrə cavab müddətinin 17 saatdan 1 saata endirildiyini diqqətə çatdırıb. Bununla belə, o, əməliyyatın əsas problemi kimi kadr çatışmazlığını göstərib.
Onun sözlərinə görə, Almaniya üçün vəziyyət “F126” freqatlarının tədarükünün təxirə salınması ilə mürəkkəbləşib: hazırda aparıcı gəminin planlaşdırılan 2028-ci il əvəzinə, 2031-ci ildən tez istifadəyə verilməməsi gözlənilir. Müvəqqəti həll yolu kimi “MEKO-A200” freqatlarının sürətləndirilmiş tədarükü nəzərdən keçirilir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Onun sözlərinə görə, Almaniya Hərbi Dəniz Qüvvələri Rusiya donanmasının Baltik və Şimal dənizlərində, eləcə də Arktika və Şimali Atlantikada fəaliyyətini daim izləyir.