Berlin Orkestri neçəyədir?

08.10.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Audit nəticəsində məlum olub ki, Berlin Filarmonik Orkestrinin (Berliner Philharmoniker) şərti qiyməti 2-3 milyard avrodur. Yəni hazırda bazara çıxarılsa bu qiymətə satıla bilər. “Boston Consulting Group” orkestrin iqtisadi, mədəni və ictimai əhəmiyyətini, brendin nüfuzunu araşdırandan sonra belə bir qənaətə gəlib.
Orkestr qiymətinə görə Çempionlar Liqasında çıxış edən futbol klubu və ya “Formula-1” komandası ilə müqayisə oluna bilər.
Berlin Filarmonik Orkestri 280 nəfəri iş ilə təmin edir. Hər il orkestrin konsertlərinə 250 min insan gəlir. Onların 25 mini sırf orkestrin ifasını dinləmək üçün gələn xarici turistlərdir. Həmin turistlər Berlinin iqtisadiyyatına böyük fayda verirlər.
Mədəniyyət həm də iqtisadiyyatdır, özü də böyük iqtisadiyyat.
Samir Quliyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью