Berlin Senatının şəbəkələrinə haker hücumu olub

17.08.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Berlin Senatının şəbəkələrinə haker hücumu həyata keçirilib.

Bu barədə DPA paytaxt hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hücuma Berlin Senatının şəhərsalma, tikinti və mənzil məsələləri üzrə idarəsi, eləcə də mobillik, nəqliyyat, ətraf mühit və iqlimin mühafizəsi üzrə idarəsi məruz qalıb.

Hücumun digər dövlət qurumlarına zərər vurmasının qarşısını almaq məqsədilə sözügedən idarələr hökumət şəbəkəsindən ayrılıb.

Hadisə ilə bağlı araşdırmaya Berlin əyalətinin Cinayət İşləri üzrə İdarəsi, Berlin Prokurorluğu və Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) cəlb olunub. Həmçinin böhran qərargahı yaradılıb.

Hücum nəticəsində məlumat sızmasının baş verib-vermədiyi hələlik məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью