Berlin Türkiyəyə qadağa qoydu İmamoğlu çağırış etdi

22.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Korrupsiya ittihamı ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Almaniyaya çağırış edib.

Axar.az xəbər verir ki, o, çağırışında özünün həbsi səbəbindən Türkiyəyə “Tayfun” qırıcılarının satışına veto qoyan Almaniyanın yeni hökumətinə bu qərarı geri çəkməyi xahiş edib.

Qeyd edək ki, Almaniya “Tayfun” qırıcılarının Türkiyəyə satışına Ə.İmamoğlunun həbsinə görə veto qoyub. Bu qərarın 6 mayda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merz tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью