Berlində ana və iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

06.11.2024

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Berlinin Martsan rayonunda noyabrın 3-də ana və azyaşlı iki övladını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 42 yaşlı şəxs polis əməkdaşları tərəfindən Baden-Vürtemberq əyalətində yaxalanıb.

Xatırladaq ki, noyabrın 3-də Berlinin Martsan rayonunda qonşuların mənzillərin birindən dəhşətli qoxu gəlməsi ilə əlaqədar polisə məlumat vermələrindən sonra evə baxış keçirilmiş, 31 yaşlı ananın, 5 və 6 yaşlarında iki övladının meyitləri aşkarlanmışdı.

Polisin açıqlamasında onların xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью