Berlində beynəlxalq kinofestival başlayır

22.01.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlində keçiriləcək 75-ci Beynəlxalq Film Festivalında (Berlinale) 19 filmin “Qızıl ayı” böyük mükafat uğrunda mübarizə aparacağı açıqlanıb.

Fevralın 13-dən 23-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək 75-ci Beynəlxalq Film Festivalında (Berlinale) 19 filmin “Qızıl ayı” böyük mükafat uğrunda mübarizə aparacağı açıqlanıb.

SİA-nın məlumatına görə, 75-ci Berlinalenin proqramı Berlinalenin direktoru Tricia Tuttleın iştirak etdiyi "Haus der Kulturen der Welt zalı"nda keçirilən mətbuat konfransında təqdim edilib.

Fevralın 13-də alman rejissoru Tom Tykverin “İşıq” (Das Licht) filmi ilə açılacaq festivalda 17-si dünya premyerası olmaqla 19 film böyük mükafat “Qızıl ayı” uğrunda mübarizə aparacaq.

Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə 74 ölkədən ümumilikdə 240 film nümayiş olunacaq.

Festivalda "Qızıl ayı" və "Gümüş ayı" mükafatlarını alacaq filmləri müəyyən edəcək münsiflər heyətinə amerikalı rejissor, ssenarist və prodüser Todd Haynes sədrlik edəcək, digər münsiflər heyəti daha sonra açıqlanacaq.

Builki Berlinale Fəxri Mükafatına layiq görülən şotland aktrisa Tilda Svinton mükafatını fevralın 13-də festivalın açılış qalasında alacaq.

Mükafatlar fevralın 22-də dünya şöhrətli aktyorların iştirakı gözlənilən festivalda qaliblərinə təqdim olunacaq.
Qeyd edək ki, Berlinale Kann və Venesiya festivalları ilə birlikdə dünyanın ən nüfuzlu film festivallarından sayılır. O, 1951-ci ildən keçirilir. Onun əsas mükafatı "Qızıl ayı"dır.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Mədəniyyət

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Mədəniyyət

Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək

Mədəniyyət

Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı olub

Mədəniyyət

Robbi Uilyams ilk dəfə İstanbulda konsert verəcək

Mədəniyyət

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlanıb

Mədəniyyət

Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb - AFİŞA

Mədəniyyət

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər

Mədəniyyət

Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb

Mədəniyyət

“Türk Dünyası Ensiklopediyası” hazırlanıb

Mədəniyyət

Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub

Mədəniyyət

Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib -FOTOLAR

Mədəniyyət

Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью