Berlində bir gecədə 17 yük maşını yandırılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

02.12.2024

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.

Polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.

Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.

Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan "Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb - bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.

///report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью