Berlində bomba tapıldı: Evlər təxliyə edilir

27.08.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsi dövrünə aid bomba aşkarlanıb.

Turkustan.az xəbər verir ki, Berlin polisinin sosial media hesabında yaydığı məlumata görə, yerli vaxtla saat 10:40 radələrində Neukölln rayonunda, Weigandufer küçəsi yaxınlığındakı su kanalında aparılan işlər zamanı bomba tapılıb.

Polis bombanın mütəxəssislər tərəfindən təhlükəsiz şəkildə zərərsizləşdiriləcəyini bildirib. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazinin 500 metrliyində təhlükəsizlik zonası yaradılıb və yaxınlıqdakı evlər boşaldılıb.

Ərazidə olan şəxslərə təhlükəsizlik zonasını tərk etmək tapşırılıb. Təxliyə zamanı məktəbin idman zalının müvəqqəti sığınacaq kimi hazırlandığı bildirilib.

Polis sakinləri təhlükəsizlik tədbirləri ilə bağlı verilən təlimatlara əməl etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью