Berlində HƏMAS ın üzvü olmaqda təqsirləndirilən üç nəfər saxlanılıb

01.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 1 oktyabr, AZƏRTAC

Berlində HƏMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan üç nəfər saxlanılıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Federal Baş Prokurorluğun məlumatında şübhəlilərin HƏMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat topladıqları, yəhudi və İsrail obyektlərinə hücumlar plandaşdırmaq niyyətində olduqları bildirilib.

Saxlanılanlar 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan alman vətəndaşıdır. Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanıb.

Eyni zamanda, Leyptsiq və Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində axtarış tədbirləri həyata keçirilib.

Federal Baş Prokurorluq şübhəlilər barəsində xarici terror təşkilatına üzv olmaq, dövlətə təhlükə yarada biləcək zorakılıq aktları hazırlamaq ittihamını irəli sürüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью