Berlində iki avtobus qəzaya uğrayıb, 12 nəfər xəsarət alıb

15.08.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 15 avqust, AZƏRTAC

Almaniyanın paytaxtı Berlin şəhərində avtobusların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, qəzalar zamanı 12 nəfər xəsarət alıb. Belə ki, Şarlottenburq bölgəsində avtobusla minik avtomobili toqquşub. Nəticədə avtobusun sürücüsü və 3 sərnişin yaralanıb. Şpandau bölgəsində isə minik avtomobili ilə toqquşmaqdan yayınan avtobus sürücüsü qəza törədib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Hadisələrlə əlaqədar araşdırmalar aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью