Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 27 avqust, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, təxminən 100 kiloqram ağırlığında olan bomba Berlinin Noyköln rayonunda gəmiçilik kanalında aparılan işlər zamanı tapılıb.
Bombanın aşkarlanması ilə əlaqədar təxminən 5600 evin sakinləri təxliyə edilib. Mütəxəssislər bombanı ərazidən uzağa aparmağın riskli olduğunu nəzərə alaraq, onu həmin ərazidə partladıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin