Статья не опубликована
Berlində müəllimlər etiraz edirlər | Icma.az

Berlində müəllimlər etiraz edirlər

05.12.2024

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlində müəllimlər etiraz aksiyasına çıxıblar.

Mitinq Potsdamer Platz meydanında keçirilir. Təhsil işçiləri iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.

Yüzlərlə adam birlik rəmzləri olan qırmızı jiletlər geyinib.

Etirazçılar əllərində “İş şəraiti = təhsilin keyfiyyəti”, “Yaya qədər tətil" sözləri yazılmış plakatlar tutublar. Hadisə yerində polis əməkdaşları növbə çəkir.

Mövsüm

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью