Berlində naməlum şəxslər polis əməkdaşlarına hücum etdilər

10.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlinin Fridrixşayn rayonunda naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.
Bizim.Media “Tagesspiegel” nəşrinə istinadən xəbər verir ki, bir qrup şəxs binaların damına çıxıb havaya fişənglər atmağa başlayıblar.
Polis əməkdaşları həmin şəxslərə yaxınlaşmaq istəyərkən onlar daş, kərpic və bir sıra yandırıcı maddələrlə hücum ediblər.
Hadisə nəticəsində binaların birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər.
Hücumun səbəbi və onu törədən şəxslərlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir həftə əvvəl də həmin rayonda polis əməkdaşlarına hücum edilmişdi.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью