Berlində nəqliyyat işçilərinin tətili başladı

27.01.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Almaniyanın paytaxtında Berlin Nəqliyyat Müəssisələrinin (BVG) işçiləri xəbərdarlıq tətili keçirir.

Sfera.az xəbər verir ki, tətil saat 03:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və növbəti gün saat 03:00-a (Bakı vaxtı ilə 06:00) qədər davam edəcək.

BVG-nin məlumatına görə, Berlində metro işləməyəcək, bir çox marşrutlar üzrə tramvay və avtobuslar hərəkət etməyəcək. Tətil regional qatarlar və şəhər elektrik qatarlarının fəaliyyətinə təsir göstərməyəcək. Tətilin mənfi təsirini azaltmaq üçün Berlinin bəzi rayonlarında əlavə elektrik qatarları işləyəcək.

Tətili “Verdi” həmkarlar ittifaqı çağırıb. O, BVG-nin təxminən 16 min işçisinin aylıq maaşının 750 avro artırılmasını tələb edir. “Verdi” BVG-ni kollektiv danışıqların birinci mərhələsində təkliflər təqdim etmədiyinə görə "yubatma taktikası"nda günahlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью