Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var

03.01.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya paytaxtında polis məntəqəsinin yanında naməlum əşyanın partlaması nəticəsində biri qadın olmaqla iki polis əməkdaşı xəsarət alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Berlin hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.

Hadisə Vittenau rayonunda baş verib. Xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью