Berlində Qalatasaray azarkeşləri ilə polis arasında toqquşmalar baş verib

19.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Berlində "Qalatasaray"ın çempionluğunu qeyd edən İstanbul klubunun fanatları iğtişaşlar törədiblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Belə ki, matçdan dərhal sonra "Qalatasaray" fanatlar pirotexniki vasitələrdən istifadə etməyə başlayıblar. Polis azarkeşləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və nəticədə asayış keşikçiləri ilə azarkeşlər arasında gərginlik yaşanıb.

İnsident nəticəsində 33 polis xəsarət alıb, 34 "Qalatasaray" azarkeşi saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью