Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin şəhərində Almaniya və Ukrayna vətəndaşı olan bir qadın Rusiyanın lehinə casusluqda şübhəli bilindiyindən saxlanılıb.
Reyting.az-ın "Der Spiegel" nəşrinə istinadla verdiyi məlumata görə, iş adamı kimi tanınan56 yaşlı İlona V.
2023-cü ilin noyabr ayından Almaniyada keçirilmiş yüksək səviyyəli siyasi tədbirlərin ümumi iştirakçıları və müdafiə sənayesi obyektləri barədə məlumat toplayıb.
İttihamda qeyd olunur ki, bu qadın topladığı məlumatları Rusiya səfirliyində çalışan əlaqələndirici şəxsə ötürüb.
İstintaqa əsasən, Rusiya casusu kimi həbs edilən İlona müxtəlif mənbələrdən pilotsuz uçuş aparatlarının sınaqları haqqında, eyni zamanda, Rusiya ilə müharibə aparan Ukraynaya yardım məqsədilə planlaşdırılan tədarüklərlə bağlı çoxlu sayda məlumatlar da toplaya bilib.
İlonanın saxlanma əməliyyatına paralel olaraq Almaniya Müdafiə Nazirliyinin iki keçmiş əməkdaşının evində axtarışlar aparılıb.
Oqtay QORÇU Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.