Berlində Senatın məxfi sənədləri hakerlər tərəfindən internetə sızdırılıb

13.09.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin Senatının şəbəkələrini ələ keçirən hakerlər aralarında dron uçuşları ilə bağlı məlumatların da olduğu məxfi sənədləri “darknet”də yayımlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Berlin Senatından ümumilikdə 5,79 terabayt həcmində məlumat oğurlanıb. Sızdırılan məlumatlar arasında dronlarla bağlı yüzlərlə sənədin olduğu müəyyən edilib.

“Bild”in əldə etdiyi sənədlərdən birinə görə, Berlin və Brandenburqun Birgə Ali Aviasiya İdarəsinin 2025-ci ilin noyabrına aid məxfi sənədində dronların istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra biləcəyi qeyd olunub.

Aviasiya qurumunun sənədlərinə əsasən, 2025-ci ilin yayında 19 gün davam edən uzunmüddətli monitorinq zamanı Berlin hava limanının 30 kilometr radiusunda ümumilikdə 2 093 dron uçuşu qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью