Berlində Ukrayna ilə bağlı yeni danışıqlar keçiriləcək Mertsdən mühüm açıqlama

19.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukrayna, ABŞ və Avropa nümayəndələri arasında növbəti danışıqlar raundu bu axşam Berlində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat açıqlamasında bildirib.
Onun sözlərinə görə, üç tərəfin müşavirləri müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün Kansler Administrasiyasında bir araya gələcəklər.
“ABŞ, Prezident Tramp bu birgə işə arxalana bilər. Qarşımızda eyni məqsəd olduğu müddətdə əməkdaşlığımız davam edəcək”, – deyə Merts bildirib.
O vurğulayıb ki, ümumi məqsəd Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq, həmçinin Avropanın və bütün dünyanın təhlükəsizliyini təmin etməkdir.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью