Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya kansleri Fridrix Merts yaxın həftələrdə Berlində Fransa və Böyük Britaniyanın iştirakı ilə “İstəyənlər koalisiyası”nın sammitinin keçiriləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Merts bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində keçirilən birgə mətbuat konfransında danışıb.
Kanslerin sözlərinə görə, sammitdə Ukraynaya yardımın əlaqələndirilməsi, müharibə başa çatdıqdan sonra mümkün təhlükəsizlik təminatları və münaqişənin həlli istiqamətində diplomatik səylərin uzlaşdırılması məsələləri müzakirə olunacaq.
Merts, həmçinin bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək qərarına gəlsə, Ukrayna Prezidenti Volodimir Zelenski də həmin görüşə dəvət olunmalıdır.
Onun fikrincə, bu, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yollarını müzakirə etmək üçün imkan yarada bilər.
Bizim.Media