Bernardeskinin yeni klubu məlum oldu

19.07.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Federiko Bernardeski A seriyasına qayıdıb.

QOL.az xəbər verir ki, 31 yaşlı hücumçu azad agent kimi “Bolonya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  Bernardeski ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Federikonun son klubu "Toronto" olub. O, 3 il ərzində MLS-də 87 oyun keçirib və 24 qol vurub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью