Bernardo Silva Çempionlar Liqasında 100 oyun keçirib

07.11.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Mançester Siti”nin 31 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasında 100-cü oyununa çıxıb.
İdman.Biz “City Xtra”ya istinadən xəbər verir ki, bu, 4-cü turun “Borussiya Dortmund”la oyununda baş verib

Silva Kriştiano Ronaldo, Pepe və Luiş Fiqodan sonra bu mərhələyə çatan dördüncü portuqaliyalı oyunçu olub.

UEFA-nın aparıcı klub turnirindəki matçlarda Silva 17 qol vurub və 13 məhsuldar ötürmə edib.

Futbolçu 2017-ci ilin yayında Monakodan 40 milyon avroya “Mançester Siti”yə keçib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью