Bernardo Silva Real da

16.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bernardo Silva "Real"da

"Mançester Siti"dən ayrılan Bernardo Silva karyerasını "Real"da davam etdirəcək.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi Madrid klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə daha 1 illik uzatma imkanı da yer alıb.

Məlumata görə, Bernardonun transferində baş məşqçi Joze Mourinyonun xüsusi istəyi mühüm rol oynayıb.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də oynayırdı. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 2 ölkə kuboku, 1 klublararası dünya çempionatı da daxil olmaqla, ümumilikdə 19 kubok qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью