Bernardo Silva “Real”a keçir: MÜQAVİLƏ İMZALANIB

16.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Mançester Siti”nin sabiq futbolçusu Bernardo Silva karyerasını “Real”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı portuqaliyalı yarımmüdafiəçi Madrid təmsilçisi ilə müqavilə imzalayıb.

Azad agent statusunda “Real”a keçən Silva 2 illik sözləşməyə qol çəkib. Müqavilədə daha 1 il uzadılma bəndi də yer alıb.

“Real” transferi hələ rəsmən açıqlamayıb.

Qeyd edək ki, Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinirdi. O, İngiltərə klubu ilə 6 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

DÇ: 26 - İran mundiala 1 xalla başladı DÇ-26: İspaniya Kabo-Verde ilə bacarmadı - YENİLƏNİB “Barsa” Alvarezdən imtina edə bilər: ONUN ÜÇÜN Kukurelya rəsmən ”REAL”DA Mbappe prezident olmaq istəmir: “Kifayət qədər nifrət edilirəm”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью