Bernardo Silva Ronaldodan Yuventus barədə soruşdu

13.05.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bernardo Silva "Yuventus"da oynamağın necə bir hiss olduğunu öyrənmək istəyib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu yarımmüdafiəçiyə ildə 6 milyon avro maaş, əlavə olaraq isə 2 milyon avro bonus verməyə hazırdır. Müqavilə 2 illik olacaq və daha bir il uzatma seçimi nəzərdə tutulur.

Bernardo Silva bu variantı nəzərdən keçirir və məlumat toplayır. O, "Yuventus"un keçmiş futbolçuları – Kriştiano Ronaldo, Joao Kanselo və Danilo ilə danışıb və onlar transfer ideyasını dəstəkləyiblər.

31 yaşlı portuqaliyalı futbolçu "Mançester Siti"dən azad agent kimi ayrılır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью