Bernardu Silva “Barselona”ya keçmək istəyir

26.01.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Bernardu Silva “Barselona”ya keçmək arzusundadır.

İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu agenti Jorje Mendeş vasitəsilə Kataloniya klubuna mövqeyini bildirib və “Barselona”da oynamaq istədiyini açıq şəkildə çatdırıb.

Mənbənin məlumatına görə, “blauqrana” rəhbərliyi Silvanın keyfiyyətlərinə şübhə etmir. Lakin hazırkı mərhələdə klub əsas diqqəti akademiya məzunlarına və artıq heyətdə olan mərkəz yarımmüdafiəçilərinə yönəldib. “Barselona” transferlər üçün vəsait ayırmağa hazır olsa da, prioritet mövqelər hücum xətti və mərkəz müdafiəsi hesab olunur.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 438 oyunda iştirak edərək 73 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Silvanın bazar dəyəri 27 milyon avro (təxminən 53 milyon AZN) təşkil edir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью