Icma.az, Fanat portalına istinadən məlumat verir.
Müqaviləsinin müddəti başa çatmaqda olan "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın növbəti klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz karyerasını İspaniyada davam etdirəcək.
Məlumatı "Marca" yayıb. Xəbərə görə, o, "Atletiko Madrid"i seçib.
31 yaşlı futbolçu ilə müqavilənin bağlanmasında Madrid nəhənginin baş məşqçisi Dieqo Simeone əsas rol oynayıb. O, şəxsən Silva ilə danışaraq onu inandırıb. Müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq və sonradan daha bir mövsüm uzatmaq imkanı da var.
"Atletiko" transferi dünya çempionatından sonra rəsmən açıqlamağı planlaşdırır.
Portuqaliyalı yarımmüdafiəçi 2025/26 mövsümündə "Mançester Siti"də 52 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa