Bernardu Silva Nottingem Forest dən çəkinir

01.04.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva İngiltərə Kubokunun yarımfinal mərhələsində "Nottingem Forest"ə qarşı aparacaqları müabrizədən danışıb. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçunun sözlərini "City Xtra" belə çatdırıb:

"Uembli" xüsusi yerdir. Orada olmaq həmişə xoşdur. Son iki ildə "Mançester Yunayted"ə qarşı iki final oynamışıq və onlardan birində qalib gəlməyi bacarmışıq. Yenidən orada olmaq, titul uğrunda mücadilə etmək istəyirik. Başa düşürük ki, bizim üçün asan olmayacaq. Çünki yarımfinalda "Nottingem Forest"lə üz-üzə gələcəyik. Onlar əla mövsüm keçirirlər. Bütün gücümüzü meydanda qoymalıyıq".

Xatırladaq ki, MS ötən mövsüm sözügedən turnirin finalında əzəli rəqibi "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzub.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью